Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 0,6%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 0,6%, Nasdaq 0,4% yüksəlib
# 27 fevral 2013 07:07 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 13 900 bəndədək, S&P 500 0,6% - 1 497 bəndədək, Nasdaq 0,4% - 3 130 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin bəyanatı təsir edib. Xatırladaq ki, B.Bernanke bəyan edib ki, FES ölkə iqtisadiyyatına dəstək edilməsini davam etdirəcək.

 

Avropa fond bazarlarında fevralın 26-da FTSE 100 indeksi 1,3% - 6 270 bəndədək, Almaniya DAX-ı 2,3% - 7 597 bəndədək, Fransa CAC-40-ı 2,7% - 3 622 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 611,0 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3054 (+0,1%) dollar təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR