Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 0,8%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 0,8%, Nasdaq 0,8% yüksəlib
# 29 noyabr 2012 06:46 (UTC +04:00)

 

 

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 12 985 bəndədək, S&P 500 0,8% - 1 410 bəndədək, Nasdaq 0,8% - 2 992 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə prezident Barak Obamanın bəyanatı təsir edib. Belə ki, ABŞ prezidenti ölkənin dövlət borcunun azalması üzrə əsas tədbirlərin Yeni il tətillərinə qədər işlənib hazırlanacağına ümid olduğunu bəyan edib.

 

Avropa fond bazarlarında noyabrın 28-də FTSE 100 indeksi 0,01% - 5 800 bəndədək, Almaniya DAX-ı 0,1% - 7 337 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 509 bəndədək yüksəlib.

 

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% azalaraq 1 721,1 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2955 (+0,2%) dollar təşkil edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR