Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 15 354 bəndədək, S&P 500 1,0% - 1 666 bəndədək, Nasdaq 1,0% - 3 499 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə bir sıra müsbət makroiqtisadi göstərici və xəbərlər səbəb olub.
Avropa fond bazarlarında mayın 17-də FTSE 100 indeksi 0,5% - 6 723 bəndədək, Almaniya DAX-ı 0,3% - 8 398 bəndədək, Fransa CAC-40-ı 0,6% - 4 001 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1,6% azalaraq 1 364,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2839 (-0,3%) dollar təşkil edir.