Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 1,0%, Nasdaq 1,0% enib

Dow Jones indeksi 0,8%, S&P 500 1,0%, Nasdaq 1,0% enib
# 12 iyun 2013 06:35 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 15 122 bəndədək, S&P 500 1,0% - 1 626 bəndədək, Nasdaq 1,0% - 3 437 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə Yaponiya Bankının qərarı təsir edib. Belə ki, Yaponiya Bankının rəhbərliyi ölkə iqtisadiyyatının stimullaşdırılması üzrə proqramın genişləndirilməməsi barədə qərara gəlib.

 

Avropa fond bazarlarında iyunun 11-də FTSE 100 indeksi 0,9% - 6 340 bəndədək, Almaniya DAX-ı 1,0% - 8 223 bəndədək, Fransa CAC-40-ı 1,4% - 3 811 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,04% azalaraq 1 376,5 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3307 (-0,1%) dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR