Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 1,2%, Nasdaq 1,5% enib

Dow Jones indeksi 0,8%, S&P 500 1,2%, Nasdaq 1,5% enib
# 21 fevral 2013 06:48 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 13 928 bəndədək, S&P 500 1,2% - 1 512 bəndədək, Nasdaq 1,5% - 3 164 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi Federal Ehtiyat Sisteminin iclasının protokollarının dərc edilməsindən sonra baş verib. Belə ki, protokollarda qeyd edilənlər onu göstərir ki, iqtisadiyyatın stimullaşdırılması proqramına dəyişikliklər edilə bilər.

 

Avropa fond bazarlarında fevralın 20-də FTSE 100 indeksi 0,3% - 6 395 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,3% - 7 729 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 710 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 2,9% azalaraq 1 559,5 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3259 (-1,1%) dollar təşkil edir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR