Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 15 252 bəndədək, S&P 500 0,6% - 1 640 bəndədək, Nasdaq 0,3% - 3 465 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə investorlar arasında ümumi müsbət gözləntilər səbəb olub. Belə ki, son zamanlar bir neçə mühüm makroiqtisadi göstəricilərin azalması müşahidə olunur və investorlar hökumətin bu səbəbdən iqtisadiyyatın stimullaşdırılmasına dair proqramı davam etdirəcəyini gözləyirlər.
Avropa fond bazarlarında iyunun 3-də FTSE 100 indeksi 0,9% - 6 525 bəndədək, Almaniya DAX-ı 0,8% - 8 286 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 921 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 410,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3061 (-0,1%) dollar təşkil edir.