Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 13 191 bəndədək, S&P 500 0,9% - 1 430 bəndədək, Nasdaq 1,0% - 3 021 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarına büdcə problemlərinin həlli yollarının tapılması üçün aparılan danışıqlarda hələ də nəticənin əldə olunmaması mənfi təsir göstərir.
Avropa fond bazarlarında dekabrın 21-də FTSE 100 indeksi 0,3% - 5 940 bəndədək, Almaniya DAX-ı 0,5% - 7 636 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 661 bəndədək enib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 660,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3188 (-0,1%) dollar təşkil edir.