Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 14 701 bəndədək, S&P 500 0,9% - 1 583 bəndədək, Nasdaq 0,9% - 3 299 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına Federal Ehtiyat Sisteminin qərarları təsir edib. Belə ki, FES ölkədə yumşaq monetar siyasətin davam etdiriləcəyini açıqlayıb. Hədəflər kimi FES işsizliyin 6,5%, inflyasiyanın 2,5% səviyyəsində saxlanmasını müəyyənləşdirib. Maraqlıdır ki, iqtisadiyyat üçün müsbət olan bu qərar bazara endirici təsir göstərib.
Avropa fond bazarlarında mayın 1-də FTSE 100 indeksi 0,3% - 6 451 bəndədək, Almaniya DAX-ı 0,5% - 7 914 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,3% - 3 857 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 453,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3169 (-0,1%) dollar təşkil edir.