Bank Of Baku

Dow Jones indeksi 0,9%, S&P 500 1,2%, Nasdaq 1,8% yüksəlib

Dow Jones indeksi 0,9%, S&P 500 1,2%, Nasdaq 1,8% yüksəlib
# 11 aprel 2013 06:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 14 802 bəndədək, S&P 500 1,2% - 1 588 bəndədək, Nasdaq 1,8% - 3 297 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə iki əsas xəbər təsir edib. Belə ki, Federal Ehtiyat Sisteminin iclasında aktivlərin geri alınması proqramının tədricən azaldılmasının mümkünlüyü müzakirə olunub ki, bu da bazar iştirakçıları tərəfindən iqtisadiyyatda müsbət dəyişikliklərin əlaməti kimi qiymətləndirilir. Bundan əlavə, prezident administrasiyası 2014-cü ilin federal büdcəsini təqdim edib və həmin büdcədə gələn il 3,2%-lik iqtisadi artım nəzərdə tutulur.

 

Avropa fond bazarlarında aprelin 10-da FTSE 100 indeksi 1,2% - 6 387 bəndədək, Almaniya DAX-ı 2,3% - 7 811 bəndədək, Fransa CAC-40-ı 2,0% - 3 744 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,7% azalaraq 1 559,8 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3062 (-0,2%) dollar təşkil edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR