Bank Of Baku

Dow Jones indeksi 0,9%, S&P 500 1,4%, Nasdaq 1,8% enib

Dow Jones indeksi 0,9%, S&P 500 1,4%, Nasdaq 1,8% enib
# 18 aprel 2013 06:51 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 14 619 bəndədək, S&P 500 1,4% - 1 552 bəndədək, Nasdaq 1,8% - 3 205 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə korporativ hesabatlar səbəb olub. İndekslərin daha güclü enməsinə müəyyən dərəcədə Federal Ehtiyat Sisteminin hesabatı mane olub. Belə ki, FES-in hesabatına görə, ölkənin bütün 12 iqtisadi dairələrində bu il iqtisadi artım müşahidə olunub.

 

Avropa fond bazarlarında aprelin 17-də FTSE 100 indeksi 1,0% - 6 244 bəndədək, Almaniya DAX-ı 2,3% - 7 503 bəndədək, Fransa CAC-40-ı 2,3% - 3 599 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,4% azalaraq 1 363,7 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3056 (+0,2%) dollar təşkil edir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR