Bank Of Baku

Dow Jones indeksi 1,0%, S&P 500 1,1%, Nasdaq 1,1% yüksəlib

Dow Jones indeksi 1,0%, S&P 500 1,1%, Nasdaq 1,1% yüksəlib
# 06 may 2013 06:12 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 3-də Amerika fond bazarında Dow Jones indeksi 1,0% - 14 974 bəndədək, S&P 500 1,1% - 1 614 bəndədək, Nasdaq 1,1% - 3 379 bəndədək yüksəlib.

 

«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə ölkədə ötən ay ərzində 165 min iş yerinin açılması və işsizlik səviyyəsinin 7,5%-ə düşməsi barədə xəbərlər səbəb olub.

 

Avropa fond bazarlarında mayın 3-də FTSE 100 indeksi 0,9% - 6 522 bəndədək, Almaniya DAX-ı 2,0% - 8 122 bəndədək, Fransa CAC-40-ı 1,4% - 3 913 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 476,5 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3109 (-0,04%) dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR