Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 1-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 14 010 bəndədək, S&P 500 1,0% - 1 513 bəndədək, Nasdaq 1,2% - 3 179 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların artmasına makroiqtisadi göstəricilər təsir edib. Belə ki, ölkənin qeyri-aqrar sahələrində iş yerlərinin sayı 2012-ci ilin dekabr ayında 196 min artıb və bu, proqnozlardan (155 min) artıqdır. Bundan əlavə, sənayedə işgüzar fəallıq indeksi yanvar ayında 53,1 bəndə çatıb ki, bu da dekabr göstəricisindən 2,9 bənd, proqnozlardan isə 2,5 bənd artıqdır.
Avropa fond bazarlarında fevralın 1-də FTSE 100 indeksi 1,1% - 6 345 bəndədək, Almaniya DAX-ı 0,7% - 7 829 bəndədək, Fransa CAC-40-ı 1,1% - 3 773 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 670,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3640 (+0,1%) dollar təşkil edir.