Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,0%, Nasdaq 1,1% yüksəlib

Dow Jones indeksi 1,1%, S&P 500 1,0%, Nasdaq 1,1% yüksəlib
# 24 aprel 2013 06:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 23-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 14 720 bəndədək, S&P 500 1,0% - 1 579 bəndədək, Nasdaq 1,1% - 3 269 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə mart ayında yeni evlərin satışının fevral ilə müqayisədə 1,5% artması, «DuPont» və «Netflix» şirkətlərinin müsbət hesabatları kimi amillər təsir edib.


Avropa fond bazarlarında aprelin 23-də FTSE 100 indeksi 2,0% - 6 406 bəndədək, Almaniya DAX-ı 2,4% - 7 658 bəndədək, Fransa CAC-40-ı 3,6% - 3 783 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 422,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3000 (-0,3%) dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR