Bakı. Vahab Rzayev – APA-Economics. Martın 17-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 16 247 bəndədək, S&P 500 1,0% - 1 858 bəndədək, Nasdaq 0,8% - 4 280 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə ölkədə sənaye istehsalının fevral ayında artım göstəricisinin son 6 ayda maksimal həddə çatması barədə statistik məlumatlar təsir edib.
Avropa fond bazarlarında martın 17-də FTSE 100 indeksi 0,6% - 6 568 bəndədək, Almaniya DAX-ı 1,4% - 9 181 bəndədək, Fransa CAC-40-ı isə 1,3% - 4 272 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1,6% azalaraq 1 361,30 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3931 dollar (+0,2%) təşkil edir.