Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 8-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 15 762 bəndədək, S&P 500 1,3% - 1 771 bəndədək, Nasdaq 1,6% - 3 919 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə əmək bazarı üzrə müsbət statistika təsir edib. Belə ki, ölkə iqtisadiyyatın qeyri-aqrar sahələrində iş yerlərin sayı oktyabr ayında 204 min artıb. Halbuki analitiklər bu göstəricini 120 min səviyyəsində proqnozlaşdırıb.
Avropa fond bazarlarında noyabrın 8-də FTSE 100 indeksi 0,2% - 6 708 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,03% - 9 078 bəndədək, Fransa CAC-40-ı isə 0,5% - 4 260 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 2,0% azalaraq 1 284,60 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3367 dollar (-0,3%) təşkil edir.