Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,1%, Nasdaq 0,9% enib

Dow Jones indeksi 1,2%, S&P 500 1,1%, Nasdaq 0,9% enib
# 29 dekabr 2012 06:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 28-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 12 938 bəndədək, S&P 500 1,1% - 1 402 bəndədək, Nasdaq 0,9% - 2 960 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkalara bir sıra amillər təsir edib. Belə ki, prezident Barak Obama ilə Konqres nümayəndələri arasında görüşlər davam etsə də, hələlik hər hansı nəticə əldə olunmayıb. Qeyd edək ki, dekabrın 30-da sekvestrin qarşısının alınması üçün tədbirlər planı hazır olmasa, büdcənin avtomatik azalması baş verəcək. Eyni zamanda, təkrar mənzil bazarında əqdlərin sayının noyabrda 1,7% artması barədə məlumat indekslərinin daha da enməsinə imkan verməyib.

 

Avropa fond bazarlarında dekabrın 28-də FTSE 100 indeksi 0,5% - 5 925 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 612 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3 620 bəndədək enib.

 

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 655,9 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3216 (-0,2%) dollar təşkil edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR