Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,4%, Nasdaq 1,3% yüksəlib

Dow Jones indeksi 1,2%, S&P 500 1,4%, Nasdaq 1,3% yüksəlib
# 14 iyun 2013 06:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 13-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 15 176 bəndədək, S&P 500 1,4% - 1 637 bəndədək, Nasdaq 1,3% - 3 445 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə makroiqtisadi göstəricilər təsir edib. Belə ki, işsizlik üzrə ilkin müraciətlərin sayı ötən həftə azalıb, pərakəndə ticarət dövriyyəsi isə may ayında artıb.

 

Avropa fond bazarlarında iyunun 13-də FTSE 100 indeksi 0,1% - 6 305 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,6% - 8 095 bəndədək enib, Fransa CAC-40-ı 0,1% - 3 798 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 383,7 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3351 (-0,2%) dollar təşkil edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR