Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 13 010 bəndədək, S&P 500 1,3% - 1 409 bəndədək, Nasdaq 1,4% - 2 967 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsi makroiqtisadi göstəricilər və pərakəndə ticarət şəbəkələrinin müsbət hesabatları təsir edib.
Avropa fond bazarlarında noyabrın 23-də FTSE 100 indeksi 0,6% - 5 824 bəndədək, Almaniya DAX-ı 0,9% - 7 309 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 525 bəndədək yüksəlib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% artaraq 1 751,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2972 (+0,7%) dollar təşkil edir.