Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 5-də Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 14 961 bəndədək, S&P 500 1,3% - 1 629 bəndədək, Nasdaq 1,2% - 3 405 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə Federal Ehtiyat Sisteminin hesabatında ölkədə orta səviyyəli mülayim iqtisadi artımın olduğunun bildirilməsi təsir edib. Belə ki, ölkədə müəyyən dərəcədə sabit iqtisadi artımın olması iqtisadiyyatın stimullaşdırılması üzrə proqramın dayandırılması ehtimalını artırır ki, bu da investorlar tərəfindən mənfi qarşılanır.
Avropa fond bazarlarında iyunun 5-də FTSE 100 indeksi 2,1% - 6 419 bəndədək, Almaniya DAX-ı 1,2% - 8 196 bəndədək, Fransa CAC-40-ı 1,9% - 3 852 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 398,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3102 (+0,1%) dollar təşkil edir.