Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 31-də Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 15 116 bəndədək, S&P 500 1,4% - 1 631 bəndədək, Nasdaq 1,0% - 3 456 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə makroiqtisadi göstəricilər təsir edib. İlk növbədə söhbət aprel ayında istehlak gəlirlərinin aylıq müqayisədə 0,1% azalmasından gedir.
Avropa fond bazarlarında mayın 31-də FTSE 100 indeksi 1,1% - 6 583 bəndədək, Almaniya DAX-ı 0,6% - 8 337 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 949 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 395,0 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3009 (+0,1%) dollar təşkil edir.