Bank Of Baku

Dow Jones indeksi 1,5%, S&P 500 1,4%, Nasdaq 1,3% enib

Dow Jones indeksi 1,5%, S&P 500 1,4%, Nasdaq 1,3% enib
# 15 noyabr 2012 08:57 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 1,5% - 12 571 bəndədək, S&P 500 1,4% - 1 356 bəndədək, Nasdaq 1,3% - 2 847 bəndədək enib.

 

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə prezident Barak Obamanın bəyanatı təsir edib. Belə ki, ABŞ prezidenti bəyan edib ki, Konqreslə vergi siyasəti və büdcə kəsiri üzrə danışıqlara başlayacaq, bu da bazar iştirakçıları tərəfindən nikbin qarşılanmayıb.

 

Avropa fond bazarlarında noyabrın 14-də FTSE 100 indeksi 1,1% - 5 722 bəndədək, Almaniya DAX-ı 0,9% - 7 102 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 400 bəndədək enib.

 

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 725,0 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2743 (+0,1%) dollar təşkil edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR