Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 25-də Amerika fond bazarında Dow Jones indeksi 1,6% - 13 784 bəndədək, S&P 500 1,8% - 1 488 bəndədək, Nasdaq 1,4% - 3 116 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə İtaliyada keçirilən parlament seçkiləri nəticəsində sabit hökumətin yaradılmasının mümkünsüzlüyü ilə bağlı ehtimallar təsir edib. Xatırladaq ki, İtaliyadakı seçkilər nəticəsində heç bir partiya parlamentdə çoxluğa malik ola bilməyib. Bu səbəbdən ekspertlərin fikrincə, ölkədə hər hansı bir davamlı iqtisadi islahatların aparılması mümkünsüz olacaq.
Avropa fond bazarlarında fevralın 25-də FTSE 100 indeksi 0,3% - 6 355 bəndədək, Almaniya DAX-ı 1,5% - 7 773 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 721 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 593,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3047 (-1,2%) dollar təşkil edir.