Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 1,8% - 16 168 bəndədək, S&P 500 1,7% - 1 811 bəndədək, Nasdaq 1,2% - 4 070 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə Federal Ehtiyat Sisteminin iclasında qəbul olunan qərarlar təsir edib.
Belə ki, FES baza faiz dərəcələrini 0-0,25% səviyyəsində saxlayıb və eyni zamanda dövlət istiqrazları və ipoteka kağızlarının geri alınmasının həcmini ayda 85 mlrd. dollardan 75 mlrd. dollara qədər azaldılması barədə qərar qəbul edib. FES-in bu qərarı iqtisadiyyatın bərpasının davam etməsi kimi qiymətləndirilib.
Avropa fond bazarlarında dekabrın 18-də FTSE 100 indeksi 0,2% - 6 500 bəndədək, Almaniya DAX-ı 1,0% - 9 177 bəndədək, Fransa CAC-40-ı isə 0,8% - 4 102 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% azalaraq 1 220,60 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3659 dollar (-0,8%) təşkil edir.