Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 12-də Amerika fond bazarında Dow Jones indeksi dəyişməyib və 14 865 bənd təşkil edib, S&P 500 0,3% - 1 589 bəndədək, Nasdaq 0,2% - 3 295 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə makroiqtisadi xəbərlər səbəb olub. Belə ki, ABŞ-da mart ayında pərakəndə ticarət dövriyyəsi fevral ayı ilə müqayisədə 0,4% azalıb, halbuki fevralda 1%-lik aylıq artım müşahidə olunub. Eyni zamanda, istehlakçılar indeksi aprel ayında martla müqayisədə 78,6 bənddən 72,3 bəndədək enib. Həmçinin, istehsalçı qiymətləri mart ayında aylıq müqayisədə 0,6% azalıb, illik müqayisədə 1,1% artıb.
Avropa fond bazarlarında aprelin 12-də FTSE 100 indeksi 0,5% - 6 384 bəndədək, Almaniya DAX-ı 1,6% - 7 745 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 729 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 3,8% azalaraq 1 501,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3113 (0,0%) dollar təşkil edir.