Bank Of Baku

Dow Jones və Nasdaq indeksləri 0,1% yüksəlib, S&P 500 isə 0,01% enib

Dow Jones və Nasdaq indeksləri 0,1% yüksəlib, S&P 500 isə 0,01% enib
# 16 dekabr 2013 06:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 15 755 bəndədək yüksəlib, S&P 500 0,01% - 1 775 bəndədək enib, Nasdaq 0,1% - 4 001 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, bu həftə keçiriləcək Federal Ehtiyat Sisteminin iclası ərəfəsində ABŞ fond bazarında aşağı fəallıq müşahidə olunub və kotirovkaların dinamikası zəif olub.

 

Avropa fond bazarlarında dekabrın 13-də FTSE 100 indeksi 0,1% - 6 440 bəndədək, Almaniya DAX-ı 0,1% - 9 007 bəndədək, Fransa CAC-40-ı isə 0,2% - 4 060 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 239,00 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3741 dollar (0,0%) təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR