Bank Of Baku

Dow Jones və S&P 500 indeksləri 5 illik maksimuma çatıb

Dow Jones və S&P 500 indeksləri 5 illik maksimuma çatıb
# 24 yanvar 2013 06:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 13 779 bəndədək, S&P 500 0,2% - 1 495 bəndədək, Nasdaq 0,3% - 3 154 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında Dow Jones və S&P 500 indeksləri 5 illik maksimuma çatıb. İndekslərin yüksəlməsinə «Google» və «IBM» şirkətlərinin mənfəətlərinin artması üzrə hesabatların açıqlanması təsir edib.

 

Avropa fond bazarlarında yanvarın 23-də FTSE 100 indeksi 0,3% - 6 198 bəndədək, Almaniya DAX-ı 0,2% - 7 708 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,4% - 3 726 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 681,7 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3310 (-0,02%) dollar təşkil edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR