Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 15 484 bəndədək, S&P 500 0,1% - 1 683 bəndədək, Nasdaq 0,2% - 3 608 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə «Citigroup»un hesabatı təsir edib. Belə ki, «Citigroup»un ikinci rüb üzrə xalis mənfəəti rüblük müqayisədə 1,4 dəfə artaraq 4,2 mlrd. dollara çatıb. Həmçinin, Dow Jones və S&P indeksləri tarixi maksimumlarını yeniləyib, Nasdaq isə 2000-ci ilin sentyabrından sonra ən yüksək həddə çatıb.
Avropa fond bazarlarında iyulun 15-də FTSE 100 indeksi 0,6% - 6 586 bəndədək, Almaniya DAX-ı 0,3% - 8 235 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 879 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 278,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3069 (+0,1%) dollar təşkil edir.