Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,47% - 18 105,17 bəndədək, S&P 500 0,51% - 2 105,33 bəndədək, NASDAQ 0,20% - 4 993,57 bəndədək azalıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,24% - 7 029,85 bəndədək, Fransa CAC-40-ı 1,23% - 5 027,87 bəndədək, Almaniya DAX-ı 0,31% - 11 673,35 bəndədək ucuzlaşıb.
Asiya fond bazarında Nikkei 225 indeksi 0,51% - 19 520,54 bəndədək, Hang Seng 0,29% - 27 638,45 bəndədək azalıb, Shanghai 0,66% - 4 362,38 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 0,40 dollar artaraq 1 183,40 dollara, gümüş isə 0,20 dollar ucuzlaşaraq 16,26 dollara satılıb.