Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,78% - 17 898,84 bəndədək, NASDAQ 0,62% - 5 051,10 bəndədək, S&P 500 0,70% - 2 094,11 bəndədək azalıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,90% - 6 784,92 bəndədək, Fransa CAC-40-ı 1,41% - 4 901,19 bəndədək, Almaniya DAX-ı 1,20% - 11 196,49 bəndədək ucuzlaşıb.
Asiya fond bazarında Nikkei 225 indeksi 0,12% - 20 407,08 bəndədək, Hang Seng 1,39% - 27 280,54 bəndədək, Shanghai 0,87% - 5 410,86 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1,20 dollar azalaraq 1 179,20 dollara, gümüş isə 0,13 dollar ucuzlaşaraq 15,83 dollara satılıb.