Bakı. Vüsal Nəbiyev - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,21% - 17 760,41 bəndədək, NASDAQ 1,53% - 4 997,70 bəndədək, S&P 500 1,23% - 2 076,62 bəndədək azalıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,39% - 6 673,38 bəndədək, Fransa CAC-40-ı 3,07% - 4 903,07 bəndədək, Almaniya DAX-ı 2,90% - 11 315,63 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1,30 dollar azalaraq 1 157,90 dollara, gümüş isə 0,12 dollar artaraq 15,48 dollara satılıb.