Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 18 030,21 bəndədək, NASDAQ 0,17% - 4 773,47 bəndədək artıb, S&P 500 0,01% - 2 081,88 bəndədək azalıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,18% - 6 609,93 bəndədək, Almaniya DAX-ı isə 0,57% -9 922,11 bəndədək bahalaşıb, Fransa CAC-40-ı 0,44% - 4 295,85 bəndədək ucuzlaşıb.
Asiya fond bazarında Nikkei 225 indeksi 0,36% - 17 790,37 bəndədək azalıb, Hang Seng 0,07% - 23 349,34 bəndədək, Shanghai 2,37% - 3 306,92 bəndədək artıb.
COMEX-də qızılın bir unsiyasının qiyməti sonuncu hərraclarda 1 173,50 dollar, gümüş isə 15,71 dollara satılıb.