Bakı. Musa Əhmədov – APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,51% - 17 533,15 bəndədək, S&P 500 1,64% - 2 026,14 bəndədək, NASDAQ 1,73% - 4 684,03 bəndədək azalıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,45% - 6 500,04 bəndədək, Fransa CAC-40-ı 0,84% - 4 227,91 bəndədək azalıb, Almaniya DAX-ı isə 0,06% -9 799,73 bəndədək bahalaşıb.
Asiya fond bazarında Nikkei 225 indeksi 0,99% - 17 239,42 bəndədək, Hang Seng 1,21% - 23 239,84 bəndədək, Shanghai 0,96 - 3 190,50 bəndədək azalıb.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,20 dollar yüksələrək 1229,60 dollar, gümüş isə 0,02 dollar azalaraq 17,17 dollar olub.