Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,13% - 17 191,37 bəndədək, S&P 500 1,35% - 2 002,16 bəndədək, NASDAQ 0,93% - 4 638,00 bəndədək azalıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,21% - 6 825,94 bəndədək, Almaniya DAX-ı isə 0,78% - 10 710,97 bəndədək artıb, Fransa CAC-40-ı 0,29% - 4 610,94 bəndədək ucuzlaşıb.
Asiya fond bazarında Nikkei 225 indeksi 0,41% - 17 723,36 bəndədək, Hang Seng 1,18% - 24 569,24 bəndədək, Shanghai 0,98% - 3 490,70 bəndədək azalıb.
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 3,80 dollar ucuzlaşaraq 1 282,10 dollara, gümüş isə 0,18 dollar ucuzlaşaraq 17,91 dollara satılıb.