Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,04% - 17 673,02 bəndədək artıb, S&P 500 0,42% - 2 041,51 bəndədək, NASDAQ 0,23% - 4 716,70 bəndədək azalıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,17% - 6 860,02 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı isə 0,19% - 10 911,32 bəndədək, Fransa CAC-40-ı 0,39% - 4 696,30 bəndədək bahalaşıb.
Asiya fond bazarında Nikkei 225 indeksi 0,88% - 17 523,51 bəndədək azalıb, Hang Seng 0,56% - 24 818,63 bəndədək, Shanghai 0,99% - 3 205,55 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 7,50 dollar bahalaşaraq 1 272 dollara, gümüş isə 0,05 dollar bahalaşaraq 17,44 dollara satılıb.