Bakı. Musa Əhmədov – APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,30% - 17 195,42 bəndədək, S&P 500 0,62% - 1 994,65 bəndədək, NASDAQ 0,37% - 4 566,14 bəndədək artıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,15% - 6 463,55 bəndədək, Fransa CAC-40-ı 0,74% - 4 141,24 bəndədək, Almaniya DAX-ı isə 0,35% - 9 114,84 bəndədək bahalaşıb.
COMEX-də qızılın bir unsiyasının qiyməti 3,60 dollar ucuzlaşaraq 1195 dollar olub.