Bakı. Pərviz Nuriyev - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,07% - 17 827,75 bəndədək, S&P 500 0,28% - 2 072,83 bəndədək, NASDAQ 0,61% - 4 787,32 bəndədək artıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,03% - 6 729,17 bəndədək, Fransa CAC-40-ı 0,20% - 4 373,42 bəndədək azalıb, Almaniya DAX-ı isə 0,55% - 9 915,56 bəndədək bahalaşıb.
Asiya fond bazarında Nikkei 225 indeksi 0,71% - 17 261 bəndədək, Hang Seng 0,46% - 24 001,21 bəndədək azalıb, Shanghai isə 0,49% - 2 617,09 bəndədək, artıb.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1 188,10 dollar, gümüş isə 16,27 dollar olub.