Bakı. Musa Əhmədov – APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,13% - 18 053,71 bəndədək, S&P 500 0,33% - 2 088,77 bəndədək, NASDAQ 0,70% - 4 806,86 bəndədək artıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,18% - 6 609,93 bəndədək, Almaniya DAX-ı isə 0,57% -9 922,11 bəndədək artıb, Fransa CAC-40-ı 0,44% - 4 295,85 bəndədək ucuzlaşıb.
Asiya fond bazarında Nikkei 225 indeksi 0,06% - 17 818,96 bəndədək, Hang Seng 0,07% - 23 349,34 bəndədək, Shanghai 3,31 - 3 445,84 bəndədək artıb.
COMEX-də qızılın bir unsiyasının qiyməti sonuncu hərraclarda 1195,30 dollar, gümüş isə 16,15 dollar olub.