Bank Of Baku

Dünya fond bazarlarında əksər səhmlər bahalaşıb

Dünya fond bazarlarında əksər səhmlər bahalaşıb
# 11 fevral 2015 06:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,79% - 17 868,76 bəndədək, S&P 500 1,07% - 2 068,59 bəndədək, NASDAQ 1,30% - 4 787,65 bəndədək artıb.

 

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,12% - 6 829,12 bəndədək ucuzlaşıb, Fransa CAC-40-ı 0,96% - 4 695,65 bəndədək, Almaniya DAX-ı isə 0,85% - 10 753,83 bəndədək bahalaşıb.

 

Asiya fond bazarında Nikkei 225 indeksi 0,33% - 17 652,68 bəndədək, Hang Seng 0,76% - 24 341,86 bəndədək azalıb, Shanghai 0,22% - 3 148,59 bəndədək artıb.

 

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 4,00 dollar bahalaşaraq 1 236,20 dollara, gümüş isə 0,11 dollar bahalaşaraq 16,99 dollara satılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR