Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,49% - 17 976,31 bəndədək, S&P 500 1,22% - 2 086,24 bəndədək, NASDAQ 1,15% - 4 947,44 bəndədək artıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,53% - 6 891,43 bəndədək, Fransa CAC-40-ı 0,98% - 5 083,52 bəndədək, Almaniya DAX-ı 1,83% - 12 086,01 bəndədək artıb.
Asiya fond bazarında Nikkei 225 indeksi 0,22% - 19 453,49 bəndədək, Hang Seng 0,44% - 24 965,42 bəndədək, Shanghai 0,11% - 3 790,81 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 3,00 dollar azalaraq 1 182,30 dollara, gümüş isə 0,61 dollar ucuzlaşaraq 16,46 dollara satılıb.