Bank Of Baku

Dünyanın ən iri birja operatoru "bitcoin" ilə ticarətə başlayıb

Dünyanın ən iri birja operatoru "bitcoin" ilə ticarətə başlayıb
# 18 dekabr 2017 06:12 (UTC +04:00)

"CME Group" (dünyanın ən iri fyuçers birjalarının operatoru) ən populyar kriptovalyuta olan "bitcoin" ilə ticarətə başlayıb.


"APA-Economics" "Prime" agentliyinə istinadən xəbər verir ki, 2018-ci il üçün fyuçers müqavilələrinin start qiyməti 20,65 min dollar təşkil edir. Ticarət sessiyasının startında qiymət bir qədər artsa da, Bakı vaxtı ilə saat 07:18-də "bitcoin"in dəyəri 18,79 min dollara enib.


Bir həftə öncə isə Çikaqonun opsion birjasında "bitcoin" ilə ticarətə başlanılıb. Debüt ticarət sessiyasında "bitcoin"in dəyəri 25% artaraq 18,85 min dollara çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR