Bank Of Baku

Funt manata qarşı 2%-dək bahalaşıb

Funt manata qarşı 2%-dək bahalaşıb
# 11 noyabr 2016 06:23 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 10-u ilə müqayisədə 0,52% möhkəmlənərək 1,6869 manata çatıb.
 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,33% möhkəmlənərək 1,8397 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,52% ucuzlaşaraq 0,0260 manata enib.

 

Türkiyə lirəsinin məzənnəsi isə 0,52% zəifləyərək 0,5188 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1191 manatdır. Beləliklə, funt sterlinq 1,72%-lik artım nümayiş etdirib.

 

Gürcüstan larisinin məzənnəsi 0,29% azalaraq 0,6802 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR