Bank Of Baku

Funt sterlinqin məzənnəsi 2 manatı ötüb

Funt sterlinqin məzənnəsi 2 manatı ötüb
# 01 noyabr 2016 06:22 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 31-i ilə müqayisədə dəyişməyərək 1,6381 manat təşkil edib.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,04% zəifləyərək 1,7959 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 31-i ilə müqayisədə 0,38% ucuzlaşaraq 0,0259 manat səviyyəsinə enib.

 

Türkiyə lirəsinin məzənnəsi isə 0,42% möhkəmlənərək 0,5288 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0034 manatdır. Beləliklə, funt sterlinq 0,31%-lik artım nümayiş etdirib.

 

Gürcüstan larisinin məzənnəsi 0,31% ucuzlaşaraq 0,6840 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR