Bank Of Baku

Gələn ildən qiymətli kağızlar bazarında onlayn nəzarət sisteminin tətbiqinə başlanacaq

Gələn ildən qiymətli kağızlar bazarında onlayn nəzarət sisteminin tətbiqinə başlanacaq
# 10 dekabr 2014 13:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildən qiymətli kağızlar bazarında onlayn nəzarət sisteminin tətbiqinə başlanılması gözlənilir. 

 

APA-Economics”in məlumatına görə, bu barədə “Vergilər” qəzetinə müsahibəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı məlumat verib.

 

Onun sözlərinə görə, növbəti ildən ticarət, hesablaşma və nəzarət sistemi üzərində fəaliyyət göstərməyə başlanılacaq.

 

R. Aslanlı bildirib ki, artıq proqram təminatının hazırlanmasına start verilib: “Gələn ilin sonuna kimi bu proses başa çatacaq. Bu proqram təminatı imkan verəcək ki, kapital bazarlarında dünyada mövcud olan bütün maliyyə alətlərinin ticarətini onlayn rejimdə tətbiq edək. Proqram təminatında 3-cü bir modul kimi onlayn monitorinq modulu qoymuşuq. Bu, bazarda mövcud ola biləcək sistem xarakterli riskləri vaxtında aşkar etmək üçün analitik təhlil sistemini formalaşdıracaq və bizə imkan verəcək ki, risklərə  vaxtında reaksiya verək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR