Bakı. Yeganə Laçınzadə - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində Göyçay rayonunda yerləşən “Mega Market” ticarət mərkəzi tərəfindən müvafiq hüquq əldə etmədən stimullaşdırıcı lotereyanın keçirilməsi aşkar edilib.
Bu barədə “APA-Economics”ə QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
QKDK “Mega Market” ticarət mərkəzi tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.
Qeyd edək ki, Komitə “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununa və öz Əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir.