Bakı - APA-Economics. Bu gün ərzində Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,45 dollar bahalaşaraq 1 barelə görə 77,69 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,93 dollar bahalaşaraq 81,51 dollar olub.
Qeyd edək ki, səhər saatlarında WTI neftinin qiyməti 76,24 dollar, Brent markalı neftin dəyəri isə 79,58 dollar olub.