Bank Of Baku

Hasilatın dondurulmasına şübhələrin artması nefti ucuzlaşdırır

Hasilatın dondurulmasına şübhələrin artması nefti ucuzlaşdırır
# 05 yanvar 2017 06:07 (UTC +04:00)

Dünya birjalarında neft ucuzlaşır.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,11 dollar azalaraq 53,15 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar azalaraq 56,30 dollar olub.

 

OPEC ölkələrinin hasilatın müəyyən olunmuş səviyyədə dondurulması ilə bağlı qərara əməl edəcəklərinə şübhələrin artması neftin ucuzlaşmasına səbəb olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR