Bank Of Baku

İpoteka istiqrazlarının 100 mln. manatlıq emissiyasının birinci tranşı yerləşdiriləcək

İpoteka istiqrazlarının 100 mln. manatlıq emissiyasının birinci tranşı yerləşdiriləcək
# 05 sentyabr 2017 15:00 (UTC +04:00)

Sentyabr 8-də Bakı Fond Birjasında "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 25 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Fonddan “APA-Economics”ə verilən xəbərə görə, istiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

 

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən AİF-in adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti avqust 16-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

 

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR