Bank Of Baku

İrana qarşı sanksiyaların genişləndirilməsi nefti bahalaşdırır

İrana qarşı sanksiyaların genişləndirilməsi nefti bahalaşdırır
# 06 fevral 2017 06:39 (UTC +04:00)

Dünya birjalarında neftin qiyməti bahalaşmaqdadır.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,33% artaraq 54,01 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,33% artaraq 57,00 dollar olub.

 

ABŞ tərəfindən İrana qarşı sanksiyaların genişləndirilməsi neftin bahalaşmasına səbəb olub. Lakin ABŞ-da hasilatın artması ilə bağlı ehtimallar "qara qızıl"ın kəskin bahalaşmasının qarşısını alır. İrana qarşı sanksiyaların genişləndirilməsi elan olunduqdan sonra ötən həftənin cümə günü WTI nefti 1,3% bahalaşıb.

 

Paralel olaraq "Baker Hughes" servis şirkətinin açıqladığı statistikaya əsasən, ABŞ-da quraşdırılan neft buruqlarının sayı 17 ədəd artaraq 583-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR