Cari ilin yanvarın 27-də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 6 000 000 (altı milyon) ədəd dövlət qısamüddətli istiqrazlarının buraxılışı 54S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Bu barədə “APA-Economics”ə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
Palata tərəfindən həmçinin 27 yanvar tarixində Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 1 000 000 (bir milyon) ədəd dövlət ortamüddətli istiqrazlarının buraxılışı 55S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.