Bank Of Baku

Manat avro, funt və lariyə qarşı bahalaşıb

Manat avro, funt və lariyə qarşı bahalaşıb
# 29 noyabr 2016 06:21 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 28-i ilə 0,3% artaraq 1,7246 manat təşkil edib.
 

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,29% möhkəmlənərək 1,8278 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl dəyişməyərək 0,0266 manat olub.

 

Türkiyə lirəsinin məzənnəsi 0,48% artaraq 0,5046 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1383 manatdır. Beləliklə, funt sterlinq 0,59%-lik azalma nümayiş etdirib.

 

Gürcüstan larisinin məzənnəsi isə 0,41% ucuzlaşaraq 0,6830 manat olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR